lider-media.az

Hakimlər İttifaqı ilə “Femida Könüllüləri” təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Baxış: 579 Tarix: 31-05-2024, 17:50

Mayın 31-də Azərbaycan Hakimlər İttifaqı ilə “Femida Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib.

Lider-media.aza xəbər verir ki, memorandumun məqsədi gənclərin hüquqi maarifləndirilməsi və gənc hüquqşünasların məhkəmə-hüquq sahəsində bilik və təcrübələrinin inkişaf etdirilməsinə nail olmaq, onların müasir əmək bazarına uyğunlaşdırılmasına dəstək göstərməkdir.

Əməkdaşlıq çərçivəsində Hakimlər İttifaqı daxilində könüllü fəaliyyətinin təşkili, tədbir, seminar, təlim və konfransların keçirilməsinə dəstək göstərilməsi nəzərdə tutulur. Eyni zamanda birgə konfrans, təlim və digər tədbirlərin təşkili, nəşrlərin, tədris vəsaitləri və maarifləndirici materialların hazırlanması planlaşdırılır.

Mərasimdə çıxış edən Hakimlər İttifaqının sədri Ramiz Rzayev bildirib ki, Azərbaycanda könüllülər fəaliyyətinin təməli Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qoyulub və hazırda Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bu fəaliyyət uğurla davam etdirilir. Sədr qeyd edib ki, məhkəmə-hüquq sistemində könüllük fəaliyyətinin təşkilinə ehtiyac yaranıb və bu işi “Femida Könüllüləri” təşkilatı öz üzərinə götürüb. Həmin təşkilat ölkənin bütün instansiya məhkəmələrində, vəkillik təşkilatlarında, həmçinin Məhkəmə-Hüquq Şurası Aparatında gənc hüquqşünasların fəaliyyət göstərməsində əhəmiyyətli rol oynamaqla həm qurumların fəaliyyətinə dəstək, həm də gənc hüquqşünasların şəxsi inkişafına töhfə verib.

“Femida Könüllüləri” təşkilatının sədri Nilgün Məmmədova çıxışında birgə əməkdaşlığın hüquq təhsili alan və ya almağı düşünən gənclər üçün əhəmiyyətindən danışıb. Tərəflər arasında əməkdaşlıq memorandumunun bağlanmasının hüquqşünas gənclərin hüquq sistemində iştirakçılığının artırılması və bu sahədə könüllü fəaliyyətin formalaşdırılması üçün atılan daha bir mühüm addım olduğu vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi