lider-media.az

Baş prokurorun müavini: Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon yarım manatdan çox məbləğdə pul ödənilib

Baxış: 414 Tarix: 30-05-2024, 19:33

 Lider-media.az xəəbər verir ki, bu sözləri Baş prokurorun müavini Heydər Məmmədov Gəncədə konfransda qeyd edib. 

  Belə ki, Baş Prokurorluq tərəfindən Gəncədə «Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» adlı işgüzar konfrans keçirilib. 

  Tədbirdə çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov bildirib ki, təmiz və sağlam ətraf mühitin təmin edilməsi yolunda dövlət qurumlarının, hüquq-mühafizə orqanları və məhkəmələrin koordinasiyalı fəaliyyəti, effektiv ekoloji qanunlar və yaşıl dünya üçün hüquqi yeniliklərin mühüm əhəmiyyəti var. 

  Bu sahədə prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilərək, Ekologiya Nazirliyi və  digər dövlət qurumları ilə birgə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində işlər görülməkdədir.

  "Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ötən ildə ekoloji hüquqpozmalar üzrə 133 cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyəti üzrə göndərilib, 36 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 33 halda təqdimatlar verilib.

  Bundan başqa, 2023-cü ildə ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon 655 min manat məbləğində pulun ödənilməsi təmin edilib"- deyə Baş prokurorun müavini əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi