lider-media.az

Məhkəmə-Hüquq Şurasında məhkəmə sisteminə dair yeni layihələr müzakirə edilib

Baxış: 1476 Tarix: 1-07-2026, 11:25

Məhkəmə-Hüquq Şurasının növbəti iclasında məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra məsələlər müzakirə olunub.

İclas zamanı məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların gedişi, ədalət mühakiməsinin müasir tələblərə uyğun inkişafı və qarşıdakı dövr üçün müəyyən edilmiş əsas istiqamətlər diqqət mərkəzində olub.

Bununla yanaşı, Şuranın Aparatı və müvafiq işçi qrupları tərəfindən hazırlanmış məhkəmə fəaliyyətinə dair layihələr nəzərdən keçirilərək ətraflı müzakirə edilib.

İclasın yekununda məhkəmələrin fəaliyyəti nəticəsində formalaşan sənədlərin saxlanma müddətlərini müəyyən edən sahə siyahısı və onun tətbiqinə dair təlimat, eləcə də müasir dövrün tələblərinə uyğun yenilənmiş "Hakimlərin Etik Davranış Kodeksi" layihəsi təsdiqlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi