lider-media.az

Azərbaycan və Latviyanın səhiyyə nazirləri arasında görüş keçirilib

Baxış: 1150 Tarix: Сегодня, 13:49

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan Latviyanın səhiyyə naziri Hossam Abu Merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan ilə Latviya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq səhiyyə sektorunda da uğurla davam edir. Nazir bildirib ki, tibbi təhsil, həkimlərin davamlı peşə hazırlığı, elmi-tədqiqat fəaliyyəti və innovativ tibbi yanaşmaların tətbiqi sahələrində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Teymur Musayev səhiyyə sisteminin rəqəmsal transformasiyasının Azərbaycanın səhiyyə siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə reallaşan tədbirlər barədə məlumat verib.

Görüş zamanı qeyd edilib ki, 2025-ci ildə iki ölkənin müvafiq qurumları arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb ki, bu da ikitərəfli əlaqələrin inkişafında mühüm addımdır.

Latviyanın səhiyyə naziri Hossam Abu Meri Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. O, bu cür yüksəksəviyyəli görüşlərin səhiyyə sistemlərinin inkişafına, peşəkar bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Sonda tərəflər Azərbaycan və Latviyanın səhiyyə nazirlikləri arasında əməkdaşlığın gələcəkdə də qarşılıqlı etimada və ortaq maraqlara əsaslanaraq davam etdirilməsi istiqamətində əminliklərini ifadə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi