lider-media.az

Latviya nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olub

Baxış: 1220 Tarix: 16-04-2026, 10:52

Latviyalı rəsmilərin iştirakı ilə institut ərazisində ağacəkmə aksiyası keçirilib. Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün ölkəmizdə səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub.

Nümayəndə heyəti institutun laboratoriya və istixanalarında aparılan elmi-tədqiqat işləri ilə maraqlanıb. Səfər iştirakçıları institutun müasir laboratoriyaları, o cümlədən toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, toxum saxlanma anbarı, toxum satış mərkəzi, eləcə də müasir istixana komleksi və burada görülən işlərlə tanış olublar. Sonra tərəvəz, bostan və kartof bitkilərinin müasir seleksiyası, toxumçuluğun təşkili, səmərəli becərmə texnologiyası, bitkilərdə xəstəlik və zərərvericilər ilə inteqrir mübarizə yolları və digər məsələlərlə bağlı nümayəndə heyəti ilə müzakirələr aparılıb.

Daha sonra Pirşağıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində ağacəkmə aksiyası keçirilib. Latviya tərəfi instituta 4800 ədəd şam ağacı hədiyyə edib. Əkin prosesi qonaqların özləri ilə gətirdikləri xüsusi mexaniki ağac əkən qurğularla həyata keçirilib.

Aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi