lider-media.az

Baş Prokurorluğun əməkdaşı beynəlxalq təlimdə iştirak edib

Baxış: 630 Tarix: 29-05-2024, 19:33

Cari ilin 22-24 may tarixlərində Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) tərəfindən “Mütəşəkkil cinayətkarlığın qarşısının alınması və onunla mübarizədə gender və insan hüquqları faktorunun nəzərə alınması” mövzusunda tədbir keçirilib.

 Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Hüquqi təminat və insan hüquqları idarəsinin prokuroru Tural Mürsəlov təmsil edib.

 Tədbirdə beynəlxalq, hökümət və qeyri-hökümət təşkilatlarının ekspertlərinin iştirakı ilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində qanunvericilik və strateji bazanın genişləndirilməsi, BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının Tərəflər Konfransının 11/2 nömrəli Qətnaməsinin həyata keçirilməsini dəstəkləmək məqsədilə ölkələrin gender və insan hüquqları aspektlərinin öz qanunvericiliklərində, proqramlarında, təşəbbüslərində əsas götürülməsi məsələləri müzakirə edilmişdir.

  Tədbir zamanı Tural Mürsəlov tərəfindən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyində gender və insan hüquqları aspektlərinin xüsusiyyətləri, Azərbaycan Respublikasının mütəşəkkil cinayətkarlıq, gender əsaslı cinayətlər sahəsində səyləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb, tədbirin gündəliyində yer alan məsələlər barəsində çıxışlar edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi