lider-media.az

ADAU tələbələri Ege Universitetindən birinciliklə məzun olublar

Baxış: 193 Tarix: Сегодня, 14:32

Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin məzun buraxılış mərasimi olub.

Əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.

Mərasimdə hər iki universitetin rəhbərliyi, ikili diplom proqramının rəhbər komitəsinin üzvləri, akademik heyət və tələbələr iştirak ediblər. Tədbirdə azərbaycanlı və türk tələbələr tərəfindən hazırlanan musiqili rəqs nömrələri nümayiş olunub.

Mərasimdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ADAU-EU ikili diplom proqramının Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının uğurlu nümunələrindən biri olduğunu vurğulayıb. Rektor bildirib ki, proqram çərçivəsində tələbələr iki qardaş ölkənin qabaqcıl ali təhsil ənənələrindən faydalanmaq, beynəlxalq təcrübə qazanmaq və əmək bazarının tələblərinə cavab verən peşəkar mütəxəssis kimi formalaşmaq imkanı əldə edirlər.

Zəfər Qurbanov qeyd edib ki, onların əldə etdikləri bilik və bacarıqlar gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, aqrar sahənin inkişafına, eləcə də Azərbaycan və Türkiyə arasında elmi-təhsil əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək. Rektor vurğulayıb ki, ADAU beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin artırılması, dünya standartlarına uyğun mütəxəssis hazırlığını daim prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlayır.

Daha sonra müxtəlif ixtisaslar üzrə yüksək nəticələr göstərən tələbələrə təşəkkürnamələr təqdim olunub, adları şərəf lövhəsinə həkk olunub.

Tədbir konsert proqramı ilə davam edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi