lider-media.az

İzmir şəhərində ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

Baxış: 26175 Tarix: 9-07-2025, 17:12

Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib.

Görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdet Budak, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, Kənd təsərrüfatı nazirinin müşaviri Fərid Nəcəfov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdir müavini Nərgiz Qaraxanova, ADAU-EU Beynəlxalq İkili Diplom Proqramının direktoru Lamiyə Quliyeva, EU prorektoru İlkin Şengün, EU Kənd təsərrüfatı fakültəsinin dekanı İsmayıl Can Paylan, EU Kənd təsərrüfatı fakültəsinin dekan müavini Gülsüm Öztürk və ADAU-EU Beynəlxalq İkili Diplom Proqramının layihə rəhbəri Edip Açıl iştirak ediblər.

İclasda çıxış edən Aqrar Universitetin rektoru Zəfər Qurbanov proqramın uğurla davam etdiyini, yeni ixtisaslarla cari ildən proqrama tələbə qəbulu həyata keçiriləcəyini diqqətə çatdırıb.

Proqramın icrasına dair strateji məsələlərin müzakirəsini nəzərdə tutan rəhbər komitə görüşündə bir sıra vacib məsələlər müzakirə olunduqdan sonra, Proqramın direktoru Lamiyə Quliyevanın hesabatı dinlənilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi