lider-media.az

2026-cı ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı

Baxış: 1267 Tarix: 17-06-2026, 11:12

2026-cı ilin yanvar-may aylarında ölkədə 51783,8 milyon manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilmiş və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə dəyişiklik qeydə alınmamışdır. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 0,4 faiz artmışdır.

ÜDM istehsalının 36,3 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 22,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 10,1 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 6,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,3 faiz, digər xidmət sahələrində 0,4 faiz, sənayedə 0,4 faiz artmış, tikintidə isə 23,0 faiz azalmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi