lider-media.az

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Baxış: 133 Tarix: 28-05-2024, 21:57

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə bağlı 28 May tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı Bəyannamə imzalayıb. AZƏRTAC-ın məlumatına görə, Bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan və Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ verməklə yanaşı bir sıra vacib islahatlara imza atan dövlətlərdən birinin - Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi bildirilib.

Həmçinin qeyd olunub ki, bu il Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ildönümü və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü qeyd edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi