Həmyerlimiz beynəlxalq yarışda Dövlət Himnimizi 5 dəfə səsləndirib
26-28 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə “Maksima Masters” Avrasiya kuboku uğrunda yarış keçirilib.
Bu barədə Lider-media.az-a Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilib.
Bildirilib ki, 2 gün davam edən beynəlxalq yarışda 3 atla iştirak edən təmsilçimiz yarışın birinci günü cavan atlar arasında (5-7 yaş) 2 qızıl və Prix Sant George proqramı üzrə 1 bürünc, yarışın ikinci günü isə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və İntermediate 1 Freestyle proqramında 1 qızıl medal qazanaraq Dövlət Himnimizi 2 yarış günündə 5 dəfə səsləndirib.
Təmsilçimiz A. Əlibəyov əldə etdiyi möhtəşəm qələbəni tariximizin şanlı səhifələrindən olan 28 May - Müstəqillik Gününə həsr etdiyini bildirib.