lider-media.az

Milli Parkın ərazisində narkoplantasiya yetişdirən şəxs saxlanılıb

Baxış: 1 880 Tarix: 4-06-2026, 18:59

post-img

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

Lider-media.a xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.

Tədbirlərlə həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkilərək xüsusi qulluq göstərildiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi