lider-media.az

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Baxış: 171 Tarix: 28-05-2024, 10:56

Səfirlikdən verilən məlumata görə, ziyafətdə Milli Məclis sədrinin müavini Əli Talbi, Parlamentin Əlcəzair-Azərbaycan dostluq qrupunun üzvləri, Milli Assambleyanın deputatları, ƏXDR nazirliklərinin yüksəkvəzifəli nümayəndələri, ölkədə akkreditə olunan xarici dövlətlərin səfirləri, Əlcəzairin tanınmış siyasi-ictimai xadimləri, elm və mədəniyyət nümayəndələri, burada yaşayan, işləyən həmvətənlrimiz, yerli media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Tural Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi və o dövrdə qəbul olunan demokratik qanunlar, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra qarşılaşdığımız böhran vəziyyəti və bundan sonra dövlətimizin əldə etdiyi nailiyyətlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri, Ermənistanın otuz ilə yaxın davam edən işğalı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük müharibə nəticəsində qazanılan Zəfər, ölkəmizin iqtisadi inkişafı və aparılan demokratik islahatlar, azad olunmuş və ermənilər tərəfindən dağıdılmış halda olan ərazilərimizdə tikinti-bərpa və quruculuq işləri, sürətlə inkişaf edən Azərbaycan-Əlcəzair münasibətləri barədə qonaqlara ətraflı məlumat verib.

Tədbir iştirakçılarına Azərbaycan Respublikasının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilən qadın ipək baş örtüyü kəlağayının, milli musiqi alətləri, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq nümunələri və milli geyimlərin sərgisinin təqdimatından sonra milli rəqs qrupu çıxış edib.

Tədbirdə, həmçinin bir müddət Əlcəzairdə yazıb-yaratmış Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin, habelə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun əsərləri səsləndirilib. 28 May - Müstəqillik Gününə həsr edilən tədbir Əlcəzair mediasında geniş işıqlandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi