lider-media.az

Azərbaycanı Avropa çempionatında 5 parakarateçi təmsil edəcək

Baxış: 1 319 Tarix: 22-05-2026, 10:51

post-img


 Bu gün Almaniyanın Frankfurt şəhərində parakarate üzrə Avropa çempionatı start götürəcək.

Lider-media.az xəbər verir ki, mayın 24-dək davam edəcək yarışda Azərbaycanın 5 idmançısı qüvvəsini sınayacaq.

Qitə çempionatında K30 kateqoriyası üzrə Vidadi Xalıqov və Eldar Əhmədov, K10 kateqoriyasında Fərrux Qaybaliyev və Aysel Əhmədli, K22 kateqoriyasında isə Ercan Aslan medal qazanmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası yarışa baş məşqçi Rənad Əliyevin rəhbərliyi altında çıxacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi