lider-media.az

Ümumdünya Səhiyyə Assambleyası Cenevrədə pandemiya sazişi üzrə irəliləyişi nəzərdən keçirəcək

Tarix: 27-05-2024, 08:08

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında mayın 27-dən iyunun 1-dək Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası keçiriləcək.

Lider-medi.az xəbər verir ki, bu barədə ÜST-nın Baş direktoru Tedros Adhanom Qebreyesus sessiya ərafəsində bildirib.  Ümumdünya Səhiyyə Assambleyası sessiyada 2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm və poliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını, diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yol xəritəsini və iqlim dəyişikliyi şəraitində sağlamlığın qorunması üçün tədbirləri müzakirə edəcək.

ÜST-ün əsas illik forumuna dəvət olunmuş 194 dövlətin nümayəndələrinin diqqəti, həmçinin pandemiyanın qarşısının alınmasına dair saziş üzrə 2021-ci ildən davam edən işlərə yönələcək.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus sessiya ərəfəsində bildirib ki, təşkilat üzvləri 7 milyondan çox insanın həyatına son qoyan COVID-19 epidemiyasının yaratdığı çağırışlara cavab vermək üçün çox böyük səylər göstərib. Koronavirus pandemiyası hər kəsə təsir etdi, buna görə də ÜST-ə üzv ölkələr dünyanın növbəti pandemiyaya daha yaxşı hazır olmasına yönəlmiş sazişin hazırlanması prosesinə başladılar.

Baş direktor bu danışıqlarda böyük irəliləyişin əldə edildiyini qeyd edərək, eyni zamanda hələ də aradan qaldırılmalı olan problemlərin mövcudluğuna diqqət çəkib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi