lider-media.az

Vəkillər Kollegiyasının sədri: Bu il imtahan suallarının seçimində müəyyən dəyişikliklər etmişik

Baxış: 358 Tarix: 26-05-2024, 15:54

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün bu il keçirilən imtahanda keçid balı 60 olaraq saxlanılır.

Lider-media.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, müəyyən hüquq peşələrində keçid balı daha aşağıdır: “Ancaq bizdə keçid balı daim sabit qalıb. Bu il imtahan suallarının seçimində əvvəlki təcrübələrimizi nəzərə alaraq müəyyən dəyişikliklər etmişik. Zənnimcə, budəfəki imtahan namizədlər üçün daha rahat olacaq. İmtahandan kifayət qədər namizəd uğurla keçə biləcək. Çünki artıq namizədlərin çoxu imtahana ciddi şəkildə hazırlaşıb. Ümumiyyətlə, ilin sonuna kimi növbəti yazılı imtahanı keçirməyi planlaşdırırıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi