lider-media.az

Bakı Metropolitenində xarici bank kartları ilə də ödəniş etmək mümkündür

Baxış: 1296 Tarix: Сегодня, 09:56

Bakı Metropolitenində xarici bank kartları ilə də ödəniş etmək mümkündür

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişinlər üçün rəqəmsal ödəniş imkanlarını genişləndirərək, artıq xarici emissiyalı bank kartları ilə ödənişi mümkün edib. NFC texnologiyası əsasında tətbiq olunan təmassız ödəniş sistemi sayəsində sərnişinlər beynəlxalq bank kartlarından istifadə edərək turniketlərdən rahat və sürətli keçid edə bilərlər.
Yenilik may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ərəfəsində həyata keçirilən tədbirlərdən biri olmaqla, xüsusilə şəhərimizə gələn xarici vətəndaşlar və turistlər üçün əlavə üstünlüklər yaradır. Belə ki, onlar artıq yerli ödəniş vasitəsi əldə etmədən, mövcud bank kartları ilə metropolitendən istifadə imkanına malikdirlər.
Qeyd edək ki, Bakı metropolitenində NFC texnologiyasına əsaslanan ödəniş sisteminin tətbiqinə ötən ildən başlanılıb. Bu müddət ərzində ümumilikdə 31 milyon sərnişin NFC vasitəsilə ödəniş imkanından yararlanıb. Hazırda isə bu üsul metropolitendə həyata keçirilən bütün ödənişlərin təxminən 29%-ni təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi