lider-media.az

Dövlət Proqramı İdarəetmə Qrupuna yeni rəhbər təyin olunub

Baxış: 1 253 Tarix: 28-04-2026, 11:45

post-img

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Bu vəzifə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilova həvalə edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Qədir Xəlilov 2019–2023-cü illərdə Azərbaycan Respublikasının Gənclər Fondunda icraçı direktorun müavini, 2023–2025-ci illərdə isə icraçı direktor vəzifəsində çalışıb. Müxtəlif dövlət qurumlarında fəaliyyət göstərərək xüsusilə beynəlxalq əməkdaşlıq və tədbirlərin təşkili sahəsində mühüm təcrübə qazanıb. 10 ildən artıq müddətdə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin katibi olub. 

2025-ci ildən bu günədək Dövlət Proqramı İdarəetmə Qrupunda layihə rəhbəri olaraq fəaliyyətini davam etdirib. 

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi