lider-media.az

FHN-in Aran Regional Mərkəzi tərəfindən mülki müdafiə tədbirləri təşkil edilib (video, foto)

Baxış: 1270 Tarix: 21-04-2026, 10:35

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Mingəçevir Tibb Kollecində müəllim və tələbə heyəti üçün “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda mülki müdafiə dərsi, Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində və “Göyçay rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqləri keçirilib.

Dərs və məşqlərin keçirilməsində məqsəd vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları, mülki müdafiə sahəsində biliklərinin artırılması, fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, bu sahədə rəhbər heyətin funksional vəzifələrini lazımi səviyyədə yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.

Tədbirlər zamanı müəssisələrin heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, kollektivlərin təxliyəsi, “zərərçəkmişlərə ilk yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla keçən tədbirlərdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi