lider-media.az

Ölkədə demoqrafik vəziyyət haqqında

Baxış: 1285 Tarix: 17-04-2026, 10:43

İlin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10266627 nəfərə çatmışdır.

Diaqram 1

2026-cı il mart ayının əvvəlinə ölkə əhalisinin şəhər və kənd yerləri,

eləcə də cins üzrə bölgüsü

Сədvəl 1

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

Bu ilin ilk iki ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14797 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşmüşdür. Doğulan körpələrin 53,7 faizi oğlan uşaqları, 46,3 faizi isə qız uşaqları olmuşdur.

Cari ilin yanvar-fevral aylarında ölkədə 10878 ölüm halı qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,3-dən 6,6-ya qədər artmışdır.

Diaqram 2

Yanvar - fevral ayları üzrə  doğulanların və ölənlərin sayı

(nəfər)

2026-cı ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5250 nikaha daxilolma və 3376 boşanma halları qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,2-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi