lider-media.az

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Baxış: 1213 Tarix: 15-04-2026, 09:58

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi (RM) tərəfindən Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli, Samux rayon Ş.Ağamalıyev adına Füzuli kənd və Şəmkir rayon Q.Allahverdiyev adına Şiştəpə kənd, Aran RM tərəfindən Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli və Ağdaş rayonu, Nehrəxəlil kənd, Muğan RM tərəfindən Saatlı şəhər 4 nömrəli, Şimal RM tərəfindən Qusar rayonu, Ləcət kənd və Xaçmaz rayonu, Xudat şəhər 4 nömrəli, Şimal-qərb RM tərəfindən Qobustan rayonu, Ə.Nəbiyev adına Təklə Mirzəbaba kənd, Qarabağ RM tərəfindən Ağcabədi şəhər 1 nömrəli və Beyləqan rayonu, Dünyamalılar kənd 1 nömrəli və Cənub RM tərəfindən Masallı rayon Bədəlan kənd tam orta məktəblərində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

T

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi