lider-media.az

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Baxış: 1545 Tarix: 14-04-2026, 17:03

İqtisadiyyat nazirinin beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşündə gənclərin fərdi inkişaf planı və Mentorluq proqramı çərçivəsində potensial addımlar müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində ilk görüşünü keçirib.

İqtisadiyyat naziri qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, gənclərin bilik və bacarıqlarının daha da artırılmasının, şəxsi inkişafın önəmini vurğulayıb. İştirakçılar təhsil və peşəkar fəaliyyət istiqamətləri, həmçinin gələcək hədəfləri ilə bağlı məlumat veriblər.

Görüşdə qaliblərin fərdi inkişaf planı, idarəetmə və peşə bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Mentorluq proqramı müddətində potensial addımlar müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi