Ədliyyə naziri Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində sayca beşinci müsabiqənin qalibləri Məmməd Balacanov və Ramil Hüseynzadə ilə görüşüb.
Fərid Əhmədov qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin peşəkar inkişafına dəstək məqsədilə öz təcrübəsini bölüşüb, onlara gələcək fəaliyyətlərində faydalı olacaq tövsiyələr verib. Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin potensiallı kadrların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu qeyd edib.
Nazir qaliblərin fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib, birillik fərdi inkişaf planının icrasından bəhs edib. Görüşdə həmçinin vurğulanıb ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.
Qaliblər Mentorluq Proqramının onların idarəetmə bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildirib, bu çərçivədə əldə etdikləri bilik və təcrübənin praktiki baxımdan əhəmiyyətini vurğulayıblar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqə qalibləri bir il müddətində mentor dəstəyi ilə fərdi inkişaf planı əsasında fəaliyyət göstərir və 20 min manat məbləğində mükafat əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Ədliyyə naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb