lider-media.az

Ədliyyə naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Baxış: 212 Tarix: 7-03-2025, 11:23

Nazir mentorluq proqramı çərçivəsində öz təcrübə və biliklərini bölüşəcəyini və gələcək rəhbər şəxslər kimi qaliblərin potensiallarının daha da inkişaf etdirilməsi üçün köməklik göstərəcəyini bildirib. Fərid Əhmədov qaliblərin fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib, birillik fərdi inkişaf planının icrasından bəhs edib.Görüşdə, həmçinin vurğulanıb ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.

Müsabiqə qalibləri Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə müxtəlif sahələrə maraq göstərdiklərini bildirib, bu istiqamətlərdə bilik və bacarıqların əldə edilməsində mentorluq proqramının onlar üçün faydalı olacağını vurğulayıblar.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə 2024-cü il 18 dekabr tarixində müvafiq Sərəncam imzalayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi