lider-media.az

Milli Məclis: "Yayılan məlumatıar həqiqəti əks etdirmir"

Baxış: 1 161 Tarix: 21-02-2026, 20:08

Son günlər bir sıra xəbər saytlarında Azərbaycan Respublikası Milli Məclisi ilə “İmprotex Motors” MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət  göstərilməsinə dair bağlanmış müqavilə barədə məlumatlar yayılıb. Həmin xəbərlərdə müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilir.

Lider-media.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Məlumatda qeyd edilir: "Bununla bağlı bildiririk ki, yayılan məlumat həqiqəti əks etdirmir.

Bildiririk ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “İmprotex Motors” MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir".

Səadət

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi