lider-media.az

Payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb

Baxış: 1204 Tarix: 17-02-2026, 10:27

İlkin mərhələdə ölkə üzrə fermerlərə 77 milyon manatdan çox subsidiya ödənilib

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə subsidiya ödənişlərinin ilkin mərhələsinə start verib.

Agentlikdən verilən məlumata görə, payızlıq əkinlər üzrə 217 min 617 fermerin kartlarına 77 milyon 154 min manat məbləğində subsidiya köçürülüb. Ödənişlər təxminən 391 min hektar əkin sahəsini əhatə edir.

Qeyd edək ki, fermerlər kartlarına köçürülmüş vəsaitin 25 faizini nağd, 75 faizini isə qeyri-nağd qaydada istifadə edə bilərlər. Qeyri-nağd vəsaitlər mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına sərf oluna bilər. Fermerlər subsidiya vəsaitini meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılması məqsədilə də istifadə edə bilərlər.

Hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilmiş payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada həyata keçirilir.

Subsidiyaların ödənişi davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi