lider-media.az

Türkiyəli ekspert İrandakı helikopter qəzasında diqqətdən yayınan məqamlara toxunub VİDEO

Baxış: 334 Tarix: 21-05-2024, 07:23

Türkiyədə ekspert İlyas Bozkurt “Haber Global” telekanalının studiyasında İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya düşməsi ilə bağlı diqqətdən yayınan məqamlara toxunub.

Lider-media.az xəbər verir ki, ilk diqqət çəkən məqam İranın dövlət başcısının daşınması üçün nəzərdə tutulan helikopterin istehsal tarixidir. Digər tərəfdən, pilot dumanlı havada səfərini təxirə salmalı idi:

“Səfər planı əvvəlcədən hazırlanır. Əgər havada hər hansı dəyişiklik varsa, müvafiq quruma məruz edilir. “Bell 412” helikopterləri 1979-cu il üçün müasir olsa da, 2024-ci il üçün çox köhnədir”, - deyə o bildirib.

Mütəxəssis hesab edir ki, helikopter hər hansı bir maneə ilə toqquşmayıb: “Helikopter yerə düşüb. Və yerə dəydikdən sonra yanmağa başlayıb. Raketlə vurulsa idi, tamam fərqli mənzərə olardı”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi