lider-media.az

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadıldı

Baxış: 447 Tarix: 29-01-2026, 19:24

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadıldı

Lider-media.az xəbər verir ki, müraciətlərin qəbulu üçün son tarix 2026-cı il fevralın 3-ü olaraq müəyyən edilib.

Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara Forumun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır. Müraciətlər https://events.unhabitat.org/ vasitəsilə təqdim edilməlidir.

Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul olunur: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı (Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi (Voices from Cities) və WUF Akademiyası (WUF Academy).

Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə “UN-Habitat”ın Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması üzərindən onlayn qaydada qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi paneldə yerləşən “Applications / Müraciətlər” bölməsinə daxil olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola və müraciətlərini yekunlaşdıra bilərlər.

Qeyd edək ki, hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.

Forumun əsas və strateji mexanizmlərindən biri olan Tərəfdaş tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarının beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlər vasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər.

Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi