lider-media.az

QARADAĞ RAYONU NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİSİNƏ TAM HAZIRDIR

Tarix: 2-02-2024, 11:34

   

  Fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri müasir Azərbaycan tarixində çox mühüm, əlamətdar hadisədir.Bu seçkilər ölkəmizin ictimai-siyasi həyatında yeni bir mərhələnin başlanğıcı olacaq. Növbədənkənar prezident seçkilərinin keçirilməsi yaranan yeni tarixi reallıqlardan doğur. Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı, suverenliyimizin bərpası fonunda keçiriləcək prezident seçkilərində  Azərbaycan vətəndaşları bir daha sabitliyə və inkişafa səs verəcəklər.

    Ölkədə seçkilərə hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Hər yerdə olduğu kimi, 37 saylı Qaradağ seçki dairəsində də qarşıdakı prezident seçkilərinə geniş hazırlıq işləri gedir.

       Dairə seçki komissiyasının sədri Azər Ələsgərovla söhbət edərkən o, bəzi məsələlərə aydınlıq gətirdi: - Ölkəmizin siyasi həyatında çox mühüm önəm daşıyan prezident seçkilərinə sayılı günlər qalır. Bildiyimiz kimi, növbədənkənar prezident seçkisinin şəffaf, demokratik şəkildə keçirilməsi, seçicilərin istədikləri namizədə səs vermələri üçün bütün dairə və məntəqələrdə hər cür şərait yaradılıb və işlər yekunlaşmaq üzrədir.  O cümlədən Qaradağ rayonunda da bu prosesə ciddi hazırlıq işləri görülüb.

     Sədr vurğuladı ki, 37 saylı Qaradağ seçki dairəsinin ərazisində 40 daimi məntəqə var. Daha10 məntəqə seşkiyə beş gün qalmış açılacaq. Bununla da məntəqələrin  ümumi sayı 50-yə çatacaq. Seçkilərdə 60006 nəfər seçici ştirak edəcək. İlk səs verənlərin sayı 2479 nəfər, onlardan 1376 kişi, 1103 nəfəri qadındır. 18 yaşı tamam olmuş seçicilərimiz 108 nəfərdir. Ən yaşlı seçicimiz 100 yaşındadır. Bildirişlərin 98 faizi artıq paylanılıb.

     Qeyd etmək lazımdır ki, məntəqələrdə cari təmir işləri aparılmış, lazımi avadanlıqlar, işıq, rabitə və digər xidmətlərlə təchiz edilmişdir. Həmçinin seçki məntəqələrində veb-kameralar quraşdırılmışdır. Seçkilərin demokratik və yüksək səviyyədə keçirilməsi üçün məntəqələrimiz tam hazırdır.

      Onu da qeyd edək ki, Qaradağ rayonunda olarkən seçki keçiriləcək ərazilərdə, eləcə də  37 saylı Dairə seçki komissiyasında yüksək işgüzarlıq, qaynar mühit, sağlam əhvali-ruhiyyə hiss olunurdu. "7 fevral 2024-cü il prezident seçkiləri günüdür. Hamılıqla səs verək!" sözləri yazılmış plakatlar isə xüsusilə diqqəti cəlb edirdi.

     Əminliklə demək olar ki, qaradağlılar seçkilərdə birlik, həmrəylik nümayiş etdirəcək, əmin-amanlığı və inkişafı dəstəkləyəcəklər. Fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanın müasir tarixinə ən qürurverici seçki kimi əbədi yazılacaqdır.

                                                                                             


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi