lider-media.az

AZƏRTAC-ın Uşaq Bilik Portalının və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin təşkilatçılığı ilə rəsm müsabiqəsi elan olunur

Baxış: 1 611 Tarix: 17-01-2026, 11:09

AZƏRTAC-ın Uşaq Bilik Portalının və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin təşkilatçılığı ilə rəsm müsabiqəsi elan olunur


AZƏRTAC-ın Uşaq Bilik Portalının və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin təşkilatçılığı ilə “Milli adət-ənənələr və bayramlar” mövzusunda rəsm müsabiqəsi elan olunur.

Şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, milli adət-ənənələrin geniş təbliği məqsədilə keçirilən müsabiqə 8-11, 12-15 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Müsabiqəyə rəsmlər A3 formatda göndərilməli, bir müəllifin təqdim etdiyi şəkillərin sayı 3-ə qədər olmalıdır.

Yaradıcılıq işlərində iştirakçının soyadı, adı, atasının adı, şəhər (rayon), məktəb və sinif, həmçinin fotoşəkil, telefon nömrəsi göstərilməli, işlər [email protected] elektron poçtuna göndərilməlidir. Müsabiqə üzrə yaradıcılıq işləri 2026-cı il martın 15-dək qəbul ediləcək.

Qeyd edək ki, hər yaş kateqoriyası üzrə üç nəfərin (ümumilikdə 6 nəfər) qalib olacağı müsabiqənin nəticələri Novruz bayramı ərəfəsində açıqlanacaq. Qaliblərə diplom və hədiyyələrin təqdim olunması nəzərdə tutulub.

Əlaqə üçün “Facebook” platformasında “Uşaq Bilik Portalı”, “İnstagram” paltformasında isə “@usaqbilikportali”na müraciət etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi