lider-media.az

Kaliforniyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edilib

Baxış: 1 523 Tarix: 29-12-2025, 16:19

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.
Lider-media.az xəbər verir ki, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən tədbirdə Cənubi Kaliforniyada yaşayan 200 nəfərədək həmvətənimiz, dost icmaların nümayəndələri, eləcə də müxtəlif təşkilatları təmsil edən amerikalılar iştirak ediblər.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Los-Ancelesdəki baş konsul Vüqar Qurbanov, Azərbaycan və dost türk icma təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirin açılışında Baş konsulluğun nəzdində fəaliyyət göstərən uşaq xor qrupu tərəfindən Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət Himnləri ifa edilib.
Kaliforniya Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Sevil Fərəcova çıxış edərər, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini vurğulayıb, qonaqları Yeni il münasibətilə təbrik edib. O, Cəmiyyət tərəfindən il ərzində icma quruculuğu, Azərbaycan mədəniyyətinin təbliği və gənc nəslə aşılanması istiqamətində görülmüş işlər barədə məlumat verib.

Azərbaycan Respublikasının ABŞ-dəki səfiri Xəzər İbrahim Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, ölkəmizin 2025-ci ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha da gücləndiyini qeyd edib, Vaşinqtonda keçirilmiş tarixi 8 avqust zirvə görüşünün əhəmiyyətini vurğulayıb. Səfir təhsillərini uğurla davam etdirən tələbələrə təşəkkür əlaməti olaraq onlara hədiyyələr təqdim edib.

Los-Ancelesdəki baş konsul Vüqar Qurbanov da bayram münasibətilə bir araya toplaşan soydaşlarımızı təbrik edərək, dövlət–xalq birliyi kontekstində icmamızın ölkəmizdən uzaqda belə milli-mədəni dəyərlərimizi yaşatdığına və Vətənə bağlılığına görə təşəkkürünü bildirib. O, bu tədbirin dövlət himnimizdə yer alan “Sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan” misrasının əyani təcəssümü olduğunu vurğulayıb.

Daha sonra Baş Konsulluğun nəzdində fəaliyyət göstərən uşaq rəqs ansamblı xalqımızın milli birlik və həmrəyliyini ifadə edən “Yallı” rəqsini təqdim edib. Peşəkar rəqqaslar Ləman Musayeva və Anar Allahverdiyev müxtəlif rəqslər ifa ediblər. Ardınca Kaliforniyada yaşayan musiqiçilərimiz Emin Kərimi, Aydın Şateryan, Fəridə Buyuran, Ali Tolqa, Əmin Mahini və Məli Sədqi xalq və rəqs musiqilərini səsləndiriblər. Tədbir çərçivəsində qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi