lider-media.az

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqlar üçün təşkil olunan bayram şənliyinə qatılıblar

Baxış: 942 Tarix: 24-12-2025, 23:15

Dekabrın 24-də “Təmiz Dünya” sığınacağında yaşayan uşaqlar üçün bayram şənliyi təşkil olunub.

Lider-media.az xəbər verir ki, şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Şaxta baba və Qar qız nağıl qəhrəmanları ilə birlikdə şənlikdə iştirak edən uşaqları əyləndirib, onlara xoş anlar yaşadıblar.

Uşaqların məktəbə rahat və təhlükəsiz şəkildə gedib-gəlmələrini təmin etmək məqsədilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tərəfindən mərkəzə yeni avtobus hədiyyə olunub.

Sonra Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, balacaların sevincinə şərik olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi