lider-media.az

Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu yollardakı vəziyyətlə bağlı müraciəti

Baxış: 831 Tarix: 20-12-2025, 12:06


 Dünya təcrübəsində olduğu kimi ölkəmizdə də urbanizasiya prosesi sürətləndikcə həftəsonu şəhər və şəhərətrafı yollarda hərəkət intensivliyinin artımı müşahidə edilir. Bu tendensiya yollarda qəza ehtimalının yüksəlməsinə də təsirsiz ötüşmür.

Proqnozlara uyğun olaraq, nəzarət-profilaktik tədbirlərin gücləndirilməsinə baxmayaraq, təəssüf ki bəzi sürücülərin tələskənliyi, diqqətsizliyi bu günlərdə yol qəzalarının sayının armasına təkan verir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara yol və hava şəraitini əvvəlcədən qiymətləndirməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Unutmayaq: Səfərlərimizin uğuru sürücü intizamına bağlıdır!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi