lider-media.az

Vüqar Qurbanov: "Tibb müəssisələrindən bu il 70-ə yaxın rəhbər şəxs işdən çıxarılıb"

Baxış: 724 Tarix: 19-12-2025, 16:07

TƏBİB: "Ümumi işçilərin 17 faizi kişi, 83 faizi qadındır"

Bu ilin ötən dövründə TƏBİB tabeli tibb müəssisələrində çalışan 22 direktor, 28 direktorun tibbi işlər üzrə müavini və 19 direktorun inzibati işlər üzrə müavini ilə əmək müqavilələrinə xitam verilib.

Lider-media.az Modern.az-a istinadla xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.

O bildirib ki, səhiyyə xidmətlərinin təşkili və optimallaşdırılması məqsədilə 68 tibb müəssisəsinin ştat strukturlarında dəyişiklik aparılıb və hesabat dövründə bir sıra yeni struktur bölmələri yaradılıb:

"Bu il ərzində tabeli müəssisələr üzrə rəhbər vəzifələrə işə qəbul prosesi həyata keçirilib. İl ərzində 16 direktor, 31 nəfər direktorun tibbi işlər üzrə müavini və 20 nəfər direktorun inzibati işlər üzrə müavini vəzifələrinə təyinatlar aparılıb. Ümumilikdə rəhbər vəzifələr üzrə 67 nəfər işə qəbul olunub".

TƏBİB rəhbəri əlavə edib ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 95 min 140 işçi, 16 min 96 həkim fəaliyyət göstərir: "Ümumi işçilərin 17 faizi kişi, 83 faizi qadındır. 2020-ci il ilə müqayisədə 2025-ci ildə həkimlərin orta aylıq əməkhaqqısı 1 850 manata çataraq 371 % artıb".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi