lider-media.az

Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxsi polis saxladı

Baxış: 1 152 Tarix: 18-12-2025, 11:21

 


Bu barədə Lider-media.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7000 manat pulunu ələ keçirib.


Polis əməkdaşları tərəfindən aparılan əməliyyatla 56 yaşlı G.Əlimusayeva əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.


Həyata keçirilən digər tədbirlər zamanı isə şəhər ərazisində yerləşən marketlərin birinin saxlanc yerindən 232 manat, digər iki elektronika mağazasında isə satıcının diqqətini yayındıraraq ümumilikdə 1050 manat dəyərində “ağıllı” qol saatı və qulaqcıq oğurlamaqda şübhəli bilinən M.Quliyeva və V.Rzayev də müəyyən olunaraq saxlanılıblar.


Faktlar üzrə zəruri araşdırmalar aparılır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi