lider-media.az

Vergilərlə bağlı yenilik son oxunuşdan da keçdi - Yanvardan belə ödəniləcək

Baxış: 1401 Tarix: 9-12-2025, 11:52

vergilerle-bagli-yenilik-son-oxunusdan-da-kecdi

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı il yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3 %, 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % vergi ödəyəcəklər.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Qeyd edək ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlir 8000 manatadək olduqca 0 faiz, 8000 manatdan çox olduqda 14 faiz olmaqla tutulub.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi