lider-media.az

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında əlilliyi olan 235 şəxs xidmətlərdən yararlanır

Baxış: 1538 Tarix: 3-12-2025, 16:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas kateqoriyalara aid olan, o cümlədən əlilliyi olan şəxslərə  xidmətlər göstərilir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəz qeyd edilən həssas qrupların yaradıcılıq potensialının inkişaf etdirilməsinə və cəmiyyətə təqdim edilməsinə dəstək göstərir. Hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında əlilliyi olan 235 şəxs təlimlər vasitəsilə bacarıqlarını təkmilləşdirməklə yanaşı, sosial-psixoloji və pedaqoji dəstək xidmətlərindən faydalanır.

Mərkəzin əlilliyi olan iki gənc üzvü Prezident mükafatına layiq görülüb. Mərkəzdə yaradıcılıq təlimlərini uğurla başa vuran əlilliyi olan 10-dan çox gənc ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunub.

Bundan əlavə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan 10-dan çox benefisiarı Mərkəz və onun filiallarında təlimçi və ya digər vəzifələrdə çalışaraq inklüziv cəmiyyətin inkişafına töhfə verirlər.

Mərkəzin benefisiarları respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə istedadlarını nümayiş etdirir, əl işlərini təqdim edirlər.

threads  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi