Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova iclasda sülh, təhlükəsizlik və qanunun aliliyini inkişaf etdirmək üçün parlament diplomatiyasının önəmini diqqətə çatdıraraq bunun gələcəyə dair düşüncələrimizlə sıx bağlı məsələ olduğunu deyib. O, qanunun aliliyinin sülhün və təhlükəsizliyin təmin edilməsi üçün ilk şərt olduğunu qeyd edib. Bildirib ki, bu məsələyə istənilən yanaşmanın əsasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsiplərinə ciddi riayət edilməsi və ayrı-seçkiliyə yol vermədən tətbiqi dayanmalıdır.
Milli Məclisin sədri dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, Parlamentlərarası İttifaqın öz fəaliyyətində və 6-cı Ümumdünya Konfransı çərçivəsində bundan sonra da bu məsələyə diqqət yetirməli olduğunu bildirib.
O, iqlim dəyişikliyi probleminə də toxunaraq bu məsələnin təcili həll edilməli qlobal problemlərdən biri olduğunu deyib. S.Qafarova xatırladıb ki, Azərbaycan bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etmək üçün seçilib və bu ilin noyabrında Bakıda təşkil olunacaq. Onun sözlərinə görə, Azərbaycan bütün tərəfləri cəlb etmək və bütün ölkələri, cəmiyyətləri ümumi məqsəd ətrafında birləşdirmək üçün əlindən gələni edəcək.
Milli Məclisin sədri, həmçinin mayın 17-də Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə Qadın Parlament sədrlərinin də görüşündə iştirak edib. Tədbirdə öncəki sammitlərin nəticələri nəzərdən keçirilib və növbəti sammitə hazırlıq məqsədilə bir sıra təşkilati məsələlər müzakirə edilib.
Çıxışında dünyada gender bərabərliyinin təmin olunması məsələlərində qarşıya çıxan problemlərə diqqət çəkən S.Qafarova deyib ki, gender bərabərliyi mövzusu müxtəlif tədbirlərdə müzakirə olunsa da, hələ də bir çox ölkələrdə bununla bağlı məsələlərin həlli mümkün olmayıb.
Növbəti Sammitdə qadınların ictimai fəallığının artırılması, onların təhsil hüququnun reallaşdırılması, yüksək vəzifələrdə təmsil olunması mövzularının vacibliyini diqqətə çatdıran S.Qafarova, həmçinin qlobal iqlim dəyişikliyi məsələsinin olduqca aktual olduğunu nəzərə alaraq, qadınların bu məsələdə də fəal iştirakının vacibliyini bəyan edib.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Milli Məclisin növbəti plenar iclası keçirilib
Milli Məclisin iclasında 22 məsələ müzakirə olunub
“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ
İlham Əliyevin andiçmə mərasimi keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb