lider-media.az

Ata yurdunda şəhid oldu

Baxış: 23617 Tarix: 26-11-2025, 11:04

2021/01/13417-1610039874.jpg
İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Hüseynov Məhəmməd Alik oğludur. Əslən Cəbrayıl rayonu Horovlu kəndindən olan Məhəmməd Hüseynov 28oktyabr 1993-cü ildə Beyləqan rayonu Bahar qəsəbəsində anadan olub. Sərdar İmrəliyev adına Bahar kənd tam orta məktəbini bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunları XTD–də həqiqi hərbi xidmət keçib. Xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı dəstədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.
Məhəmməd Türkiyənin İzmir şəhərində yerləşən Foca Jandarma Komando məktəbində 6 ay xüsusi təyinatlıların kursunu keçib, paraşutla atlama, əlbəyaxa döyüş və sualtı dalğıc kurslarında yüksək məharət göstərərək fərqlənmə diplomları ilə təltif edilib. 
İkinci Qarabağ müharibəsində Murov dağ silsiləsində gedən döyüşlərdə iştirak edən xüsusi təyinatlımız Murov zirvəsi azad edildikdən sonra öz doğma yurdu olan Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qoşulub. 
8 oktyabrda Cəbrayıl  rayonu ərazisində gedən döyüş zamanı  qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.Məhəmməd Hüseynov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Vətən uğrunda”, «Cəbrayılın azad olunmasına görə», «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilib.

Qeyd edək ki, Məhəmməd Hüseynov Alik oğlu sosialist əməyi qəhrəmanı Sərdar İmrəliyevin nəvəsidir. Əmisi Hüseynov Hüseyn Məmməd oğlu da torpaqlarımız uğrunda şəhid olub. Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən 20 yaşında onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında  qəhrəman bir gənc kimi yaşayacaq. Bu gün Məhəmmədin ruhu şaddır. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı  vüqarla dalğalanır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi