lider-media.az

“II Yaşıl düşüncə maarifləndirmə proqramı”nın iştirakçıları “Azəryaşlandşaft” ASC-nin tinglik sahəsinə səfər ediblər

Baxış: 23408 Tarix: 21-11-2025, 09:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər “Azəryaşlandşaft” ASC-nin tinglik sahəsinə səfər ediblər. Səfərin məqsədi onların ekoloji bilik və bacarıqlarını artırmaq, təbiət elmlərinə marağını gücləndirmək, həmçinin yaz və payız mövsümlərində əkilən ting növləri, onların əkilmə texnikası və aqrotexniki qulluq qaydaları barədə praktiki təsəvvürlərini genişləndirmək olub.
Səfər zamanı gənclər tinglik sahələri ilə tanış olublar. Daha sonra mütəxəssis tərəfindən tingçilik sahəsində yetişdirilən növlər barədə ətraflı məlumat verilib, onların biomorfoloji xüsusiyyətləri, iqlim və torpaq tələbləri, şəhər mühitində tətbiqi imkanları müzakirə olunub.
Eyni zamanda Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan zeytun ağaclarının yetişdirilməsi mövzusuna da toxunulub, ağacın vegetativ və generativ çoxaldılma üsulları izah olunub. Bu üsulların üstünlükləri, məhsuldarlıq fərqləri və tinglərin formalaşma mərhələləri ilə bağlı gənclərə praktik məlumatlar verilib.
Səfər interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. İştirakçılar yaşıllıqların qorunması, ağac əkininin ekoloji əhəmiyyəti və ətraf mühitə müsbət təsirləri barədə mütəxəssislərlə fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda gənclərə zeytun tingləri hədiyyə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi