lider-media.az

Parlament 2026-cı ilin dövlət büdcəsi ilə bağlı müzakirələri davam etdirir

Baxış: 268 Tarix: 20-11-2025, 12:24


 

 Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir.
Lider-media.az xəbər verir ki, parlament noyabrın 19 və 20-də “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlərlə bağlı toplaşıb.
Noyabrın 19-da keçirilən plenar iclasda Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məsələ ilə bağlı çıxış ediblər. Həmçinin deputatlar gələn ilin dövlət büdcəsi layihəsinin əsas məqsədinin sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsi, qeyri-neft sektorunda davamlı artımın təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsi olduğunu bildirib, bir sıra məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi