lider-media.az

Heydər Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 27-ci müsabiqənin yazılı imtahan mərhələsində 171 hüquqşünas biliyini sınayır

Baxış: 22441 Tarix: 14-11-2025, 11:06

Bunu Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri, Baş prokurorun müavini Heydər Məmmədov prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 27-ci müsabiqənin yazılı imtahan mərhələsi zamanı açılış nitqində deyib.

"Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş hüquqşünasların əksəriyyəti hal-hazırda yuxarı təsnifatlı vəzifələrə irəli çəkilib. Baş Prokurorluğun müxtəlif strukturların rəhbərləri, eləcə də rayon və şəhər prokuroru kimi fəaliyyət göstərirlər. Dövlət başçısı tərəfindən onlara ali xüsusi rütbələr verilib".

Heydər Məmmədov bildirib ki, bu gün 50 ştat vahidi üzrə 27-ci müsahibənin ikinci turu keçirilir:
"Birinci turda müvəfəqiyyət qazanmış namizədlərdən 171-i bu gün öz biliyini sınayır".

"Hər bir gənc prokurorluq əməkdaşının nailiyyəti – birinci növbədə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən aparılan Uğurlu və Rezultativ Gənclər Siyasətinin - təcəssümüdür"- deyə Baş prokurorun müavini qeyd edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi