lider-media.az

18 may - Beynəlxalq Muzeylər Günüdür

Baxış: 1 124 Tarix: 18-05-2024, 10:51

1977-ci  ildə İCOM-un təşəbbüsü ilə təsis edilən 18 May-Beynəlxalq Muzeylər günü artıq 47 ildir ki,  dünya ölkələrində  geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası  tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram həm də muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Lider-media.az xəbər verir ki,  bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir. Bu əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur. Bu ilin mövzusu “Muzeylərdə təhsil və tədqiqat” adlandırılır. Belə ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə müxtəlif maraqlı aksiyalar keçirilir, muzeylərdə “açıq qapı” elan edilir. Əlamətdar günlə bağlı keçirilən layihələrdən biri də “Bir muzeyin sirri” adlanır. Layihənin məqsədi gənc nəslin maariflənməsində müstəsna əhəmiyyəti olan muzeylərin təbliği, o cümlədən yutub platforması və digər sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyanın milli-mədəni irsimiz barədə məlumatlandırmaqdır.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi