lider-media.az

Azərbaycan UNESCO komitəsinə üzv seçildi

Baxış: 23605 Tarix: 10-11-2025, 15:46

Bu gün Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında Azərbaycan 2025–2029-cu illər üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib.

Bu barədə Azərbaycan XİN sosial platformada paylaşım edib.

"Bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir", - paylaşımda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi