lider-media.az

Baş Prokurorluqda BMT-nin nümayəndəsi ilə görüş keçirilib

Baxış: 557 Tarix: 17-05-2024, 20:49

  Mayın 17-si Baş Prokurorluqda Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət üzrə Tədqiqat Mərkəzinin (UNICRI) regional əlaqələndiricisi Talqat Toleubayev ilə görüş keçirilib.

  Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov qonağı salamlayaraq ölkə rəhbərliyi tərəfindən Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Bakıda keçiriləcəyi barədə məlumat verib.

  Görüş zamanı Talqat Talubayev qəbula görə minnətdarlığını bildirərək, Radioloji və Nüvə Cinayətləri üzrə Prokurorun Bələdçisi təlimat kitabçasının təqdimatını keçirib, həmçinin prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində təlimlərin keçirilməsi ilə bağlı pilot layihəyə ölkəmizin qoşulmasını təklif edib.

  Tərəflər arasında layihənin həyata keçirilməsi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi