lider-media.az

Bakı metropoliteni Zəfər Günündə gücləndirilmiş iş rejimində çalışacaq

Baxış: 23361 Tarix: 7-11-2025, 21:03

Bakı metropoliteni Zəfər Günündə gücləndirilmiş iş rejimində çalışacaq

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC 8 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Zəfər Gününə həsr edilmiş hərbi parad və konsert proqramı ilə əlaqədar mərkəzi ərazilərə yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” xüsusi qaydada olmaqla, bütün stansiyalarda növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri gücləndiriləcək.

Şəhər mərkəzində keçiriləcək tədbirlərdə iştirak edəcək sərnişinlərin təhlükəsiz və rahat daşınması, eləcə də səmti daha asan müəyyən etmələri üçün stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək.

Həmçinin zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi