lider-media.az

Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş voleybol üzrə ordu birinciliyi başa çatıb

Baxış: 21282 Tarix: 7-11-2025, 19:23

Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Müdafiə Nazirliyinin baş idarə və idarələri, habelə xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında Zəfər Gününün beşinci ildönümünə həsr olunan voleybol üzrə ordu birinciliyi başa çatıb. 
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər qalib komandaları təbrik edib, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında, döyüş ruhunun və komanda birliyinin möhkəmlənməsində bu kimi yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Yarışda iştirak edən Müdafiə Nazirliyinin müxtəlif struktur bölmələrindən 11 komandadan birinci yerdə Heydər Əliyev adına Hərbi İnstitutun, ikinci yerdə Hərbi Hava Qüvvələrinin, üçüncü yerdə isə Hərbi Dəniz Qüvvələrinin komandası qərarlaşıb. 
Sonda qalib komandalara kubok və medallar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi