lider-media.az

FHN-in İdman-sağlamlıq klubunda yüksək nəticə göstərmiş əməkdaşla görüş keçirilib

Baxış: 23377 Tarix: 5-11-2025, 16:34

28-31 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində yerləşən “Jolly Joker Bakı”da Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) dəstəyi, Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yeniyetmələr, gənclər, böyüklər, master və qrand master kateqoriyalarında qol güləşi üzrə dünya çempionatı keçirilib.

Çempionatda dünyanın 30 müxtəlif ölkəsindən 400-dən çox idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşı mayor Rəşad Hacıyev +105 kq çəki dərəcəsində master kateqoriyasında 10 idmançı arasında sağ qol ilə mübarizə apararaq çempionatın bürünc medalına layiq görülüb. Qalibə medal və çempionatın sertifikatı təqdim edilib.

5 noyabr 2025-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev nailiyyət qazanmış əməkdaşla görüşərək təbrik edib, gələcək yarışlarda uğurlar arzılayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi