Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ölkəmizin əmək hüquqları sahəsində təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə dinamik inkişaf edən Azərbaycan-Qırğızıstan əlaqələrindən danışılıb, yüksək səviyyəli səfərlərin və imzalanan sənədlərin əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, dövlət başçılarının siyasi iradəsi, dostluq münasibətləri nəticəsində ölkələrimiz arasında əməkdaşlıq strateji səviyyəyə yüksəlib. Bütün bunlar Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar açır.
Tədbirdə həmçinin Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumat verilib, üzvlərin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması istiqamətində görülən işlərdən, tətbiq olunan yeniliklərdən və həyata keçirilən layihələrdən bəhs olunub.Qeyd edilib ki, Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təlimlər və ixtisasartırma kursları, əmək hüquqları, əməyin mühafizəsi və digər mövzularda maarifləndirmə tədbirləri keçirilir. Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri də Mərkəzdə təşkil edilən informasiya təhlükəsizliyi, süni intellekt və əmək hüquqlarına dair təlimlərdə iştirak edəcəklər. Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqələrin inkişafı istiqamətləri ilə bağlı fikirlərini bölüşüb. Görüş çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında üzvlərin əmək və sosial hüquqların müdafiəsi sahəsində əməkdaşlığın gücləndirilməsini, bilik və təcrübə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini, həmçinin təlim və maarifləndirmə tədbirlərinin təşkilini nəzərdə tutur. Sonra qonaqlar AHİK-də “Çağrı Mərkəzi”nin fəaliyyəti, “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq olunan yeniliklər, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar










AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
“AHİK Könüllüləri” proqramının 11 universitetdə təqdimatı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb