lider-media.az

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Xızıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Baxış: 23425 Tarix: 3-11-2025, 10:42

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xızı, Şabran rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, torpağın təyinatının dəyişdirilməsi, subsidiya ödənişləri, damazlıq heyvanların lizinqi, güzəştli şərtlərlə kredit ayrılması  və digər məsələlərlə bağlı olub.

Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Daha sonra nazir müavini İlhamə Qədimova Xızı rayonunun Sitalçay kəndi və Şorabad qəsəbəsində müasir heyvandarlıq təsərrüfatına və 110 hektar ərazidə salınmış intensiv zeytun bağına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yem təminatı, innovativ yemləmənin əhəmiyyəti, həmçinin bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, intensiv bağçılığın genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi